• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

HADİSƏ

09 Fevral 2024 | 09:43

Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

Qəbələ sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, Qəbələ şəhər sakini K.Seyidovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

    İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib. K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR