• Bakı 9° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yevlax sakinində tapança aşkarlandı

HADİSƏ

10 Yanvar 2024 | 09:03

Yevlax sakinində tapança aşkarlandı

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tapança aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026