• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

2024-cü ilin sürprizi: Dollar getdikcə möhkəmlənir

İQTİSADİYYAT

22 Aprel 2024 | 14:48

2024-cü ilin sürprizi: Dollar getdikcə möhkəmlənir

Beynəlxalq Valyuta Fondunun (BVF) ABŞ-də səhmlər və istiqraz gəlirlərini dəstəkləməsi ilə bağlı açıqlaması dolların cəlbediciliyini daha da artırıb. 

Bakıvaxtı.az bu barədə "Bloomberg"ə istinadən bildirir.

Məlumata görə, bir sıra beynəlxalq şirkətlər və fondlar da bu il dollara tələbatın daha çox artacağını proqnozlaşdırırlar.  Belə ki, dünyanın ikinci ən böyük fond idarəçiliyi şirkəti olan "Vanguard Group" dolların hələ uzun müddət öz gücünü qoruyub saxlayacağını açıqlayıb.

"Əgər digər ölkələr ABŞ-nin inflyasiya göstəriciləri ilə ayaqlaşa bilməsələr, dollar almaqdan başqa çarə qalmayacaq. Əvvəllər  dollar almaq taktiki ticarət hesab olunsa da, bu alış artıq uzunmüddətli strategiyaya çevrilib". - deyə "Vanguard Group"un açıqlamasında bildirilib.

 Bundan başqa, "UBS Asset Management" şirkəti dolların normal dəyərindən 20 faiz baha olmasına baxmayaraq, qarşıdakı dövrdə bu dəyərin daha da artacağını proqnozlaşdırır. "Wells Fargo" İnvestisiya İnstitutu isə dolların bahalaşmasının 2025-ci ilə qədər uzanacağını vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Dekabr 2024