FED faiz dərəcələrini sabit saxlasa və digər ölkələr borclanma xərclərini azaltsa, ABŞ dolları uzun müddət güclü qalacaq.
Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, bu barədə "Goldman Sachs" analitikləri proqnoz veriblər.
Analitiklərə görə, iyun ayında Kanada, Böyük Britaniya və Avrozona üçün faiz dərəcələrinin azaldılması proqnozlaşdırılır.
Qeyd olunub ki, makro və potensial siyasət fərqinin daha qabarıq olduğu ölkələrdə məzənnə dəyişkənliyinin miqyasını məhdudlaşdırmaq üçün FED-in qərarları diqqətlə izlənilir. Bu kontekstdə FED faiz dərəcələrində dəyişiklik etməsə, dolların daha da möhkəmlənməsi müşahidə olunacaq.
Gülşən Şərif
















