• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

88 saylı məktəbə hücum edildi -  XEYLİ SAYDA ÖLÜ VƏ  YARALI VAR + YENİLƏNİB

DÜNYA

26 Sentyabr 2022 | 17:39

88 saylı məktəbə hücum edildi -  XEYLİ SAYDA ÖLÜ VƏ  YARALI VAR + YENİLƏNİB

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.

Bakıvaxtı.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

 

13:42

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

 

13:28

İjevsk şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlər üçün Udmurtiyada matəm elan edilib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib. 

Matəm sentyabrın 29-dək davam edəcək.

 

12:55

İjevskdə məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İstintaq Komitəsi (İK) məlumat yayıb.

İstintaq Komitəsinin Mərkəzi Aparatı atışma ilə bağlı istintaq aparacaq.

 

12:38

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bakıvaxtı.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 6 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu məlumdur: "Fakt dəqiqləşdirilir. Məktəbə hücum edən şəxsin meyiti aşkar edilib". 

 

12:25

İjevskdə məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.

Bakıvaxtı.az  “Kommersant”a istinadən xəbər verir ki, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.

O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.

Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.

12:05

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

Bakıvaxtı.az  "İzvestiya"ya istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Ölənlər barədə məlumat verilmir. Beş uşağın yaralandığı bildirilir.

Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.


SON XƏBƏRLƏR