Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Tovuz rayonunda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı iddialara cavab verib.
Qeyd edək ki, sözügedən avtomobil yolu ilə bağlı sosial şəbəkədə yayılan vidoegörüntüdə yolda işlərin yarımçıq görüldü deyilir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın informasiya sorğusuna AAYDA-nın mətbuat katibi Anar Nəcəfli cavab verib.
O qeyd edib ki, həmin yolda görülən işlərlə bağlı ictimaiyyətə öncədən məlumat verilib: “Sözügedən avtomobil yolunun bir hissəsi asfalt-beton, qalan bir hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilib.
Yolun tikintisi o demək deyil ki, həmin yerdə yol mütləq asvalt-beton olmalıdır. Heç kim heç kimi aldatmır”.
Ramid İbrahimov
















