Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb.
Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlumata görə, ixtisas seçiminin müddəti bu gün - 29 avqust saat 9:00-da başa çatıb.
Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı idi.
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlayacaq.
Aytac Aslan
















