Koronavirusun “omikron” variantına qarşı mübarizə məqsədilə 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni vaksin tətbiq edilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, buna icazə verilməsi üçün “Pfizer” və “BioNtech” şirkətləri ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinə müraciət ediblər.
“Moderna” şirkətinin "Twitter"də etdiyi paylaşımda deyilir ki, şirkət həm də 6 yaşlı uşaqlar üçün COVID-19-a qarşı yenilənmiş “buster”dən təcili istifadə olunmasına icazə istəyib. Yeni vaksin 6-11 yaş və 12-17 yaş arası uşaqlar üçün nəzərdə tutulur. Hazırda “Moderna” şirkətinin “buster”i yalnız yaşlılar üçün əlçatandır.
“Pfizer” şirkətindən isə bildirilib ki, onun “buster”indən təcili istifadə edilməsi üçün müraciəti daha əvvəlki vaksinlərin təhlükəsizliyi və effektivliyi üzrə sınaqların nəticələrinə və yeni vaksinin klinikadan əvvəlki tətbiqi barədə məlumatlara əsaslanır. Bu şirkət yeni vaksinin 6 aylıqdan 11 yaşa qədər uşaqlar arasında təhlükəsizliyi, ona dözümlülük və effektivlik barədə tədqiqatlar aparmağa başlayıb.
Aytac Aslan
















