• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həbs edilən keçmiş MTN naziri AZADLIĞA ÇIXDI

CƏMİYYƏT

27 Sentyabr 2022 | 21:48 | Müəllif: Subhan Mahmudov

Həbs edilən keçmiş MTN naziri AZADLIĞA ÇIXDI

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb. 

Məlumatı Vəli Ələsgərovun ailəsi təsdiq edib. Onlar Azərbaycan Respublikası Prezidentinə hədsiz minnətdar olduqlarını, uzun illər həbsdə olmuş V.Ələsgərovun azad edilməsi barədə Ali Məhkəmənin qərarını göz yaşları ilə qarşıladıqlarını, qərarın indilərdə icra olunması ilə əlaqədar V.Ələsgərovun hazırda Bakıya ailəsinin yanına gəlməsini gözlədiklərini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR