• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

NASA 50 ildən sonra Aya qayıdır

CƏMİYYƏT

29 Avqust 2022 | 10:07 | Müəllif: Qalib İbrahimoğlu

NASA 50 ildən sonra Aya qayıdır

NASA təxminən 50 ildən sonra Aya qayıdır.

Bakıvaxtı.az xəbər verir ki, kosmik agentliyin 10 ildir üzərində çalışdığı missiya bu gün planetimizin yeganə peykinə çatmaq üçün yola düşəcək. Space Launch System (SLS) kimi tanınan kosmik gəmi Orion kapsulunu Ayın orbitinə aparacaq.

SLS Floridadakı Kennedi Kosmik Mərkəzindən yerli vaxtla saat 08:33-də (Bakı vaxtı ilə 16:33) buraxılacaq.

SLS NASA-nın bugünəqədərki ən güclü alətidir. Orion kapsulu Aya ətrafında 42 günlük missiyanı yerinə yetirmək üçün göndərilir və oktyabrın 10-da ilk missiyasını başa vuraraq San Dieqo yaxınlığında Sakit okeana enəcək. Əsas məqsəd insanları 50 ildən sonra Ay səthinə qaytarmaqdır.

Uçuş texniki problemlərə görə növbəti saatlara yayılarsa, bu nisbət yüzdə 60-a enir. Yağışlı havalarda Artemisin buraxılması təsdiqlənmir.

NASA, Ay missiyası üçün yeni texnologiyalardan istifadə edərək Artemis proqramı ilə geri dönəcəyini vəd etmişdi. Agentlik düşünür ki, Aya qayıtmaq 2030-cu illərdə Marsa insanların göndərilməsinə yol açacaq və bu prosesi asanlaşdıracaq.

SLS və Orion 10 ildən artıqdır ki, işləyir. Bu günə qədər hər birinə 20 milyard dollardan çox vəsait xərclənib. Orion bir dəfə 2014-cü ildə sınaq uçuşu zamanı Yer kürəsinin ətrafında dövr etmişdi.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR