• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-da atışma: 2 ölü, 5 yaralı

DÜNYA

15 May 2023 | 00:51

ABŞ-da atışma: 2 ölü, 5 yaralı

ABŞ-ın Arizona ştatının cənub-qərbində yerləşən Yuma şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, atışma yerli vaxtla gecə 23 radələrində Yuma şəhərinin cənub-şərqindəki yaşayış massivində baş verib. Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib.

Bildirilib ki, polis şübhəli şəxslərin axtarışını davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026