• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-da atışma - Ölən və yaralananlar var

DÜNYA

23 Iyul 2022 | 22:43

ABŞ-da atışma - Ölən və yaralananlar var

ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.

Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.

Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.

İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026