• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

DÜNYA

10 Aprel 2021 | 19:44

ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı “Johnson&Johnson” peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” xəbər yayır.

“Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik”, - deyə FDA-dan bildirilib.

Qeyd olunur ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

“Johnson&Johnson” şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ-da “Johnson&Johnson” dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026