ABŞ-də baş tutacaq prezident seçkilərinin nəticələri ilə bağlı vətəndaşlar arasında növbəti sorğu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Sorğunun nəticələrindən məlum olub ki, Kamala Harris rəqibi Donald Trampdan daha yüksək səs toplayıb.
Qeyd olunub ki, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti 83 faiz olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.
Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir.
Əli Hüseynov
















