• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

İran səfiri partlayışda gözünü itirdi

DÜNYA

18 Sentyabr 2024 | 10:05

İran səfiri partlayışda gözünü itirdi

Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.

Bakıvaxtı.az-ın “The New York Times”a istinadən məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb.

İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir.

Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.


SON XƏBƏRLƏR