• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Tayvandan Livanda partlayan peycerlərlə bağlı TƏKZİB

DÜNYA

18 Sentyabr 2024 | 10:32

Tayvandan Livanda partlayan peycerlərlə bağlı TƏKZİB

"Livanın müxtəlif bölgələrində partlayan peycerlərin Tayvanın "Gold Apollo" şirkəti ilə heç bir əlaqəsi yox idi". 

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Şirkətin rəhbəri Xu Qingguang deyib.

O, açıqlamasında Livanda partlayan peycerləri şirkətin yaratdığını təkzib edib. 

"Qurğular təxminən üç il əvvəl "Gold Apollo"nun əməkdaşlıq müqaviləsi bağladığı Avropa şirkəti tərəfindən hazırlanıb. Partlamış peycerlərin həm inkişafı, həm də istehsalı xaricdə həyata keçirilib. Onların Tayvanla heç bir əlaqəsi yoxdur".

Gülşən Şərif


SON XƏBƏRLƏR