• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Ukrayna müharibəsi gələn il bitəcək - Kobaxidze

DÜNYA

18 Sentyabr 2024 | 09:32

Ukrayna müharibəsi gələn il bitəcək - Kobaxidze

Ukraynada döyüşlər 2025-ci ildə başa çatacaq və ondan sonra Gürcüstanın xarici tərəfdaşlarla münasibətləri yaxşılaşmağa başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu proqnozu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan Biznes Assosiasiyasının konfransında çıxışı zamanı deyib.

“Bizim proqnozumuza gəlincə, Ukraynada müharibənin gələn il başa çatacağı ehtimalı daha yüksəkdir, buna görə də gələn ildən Gürcüstan hakimiyyəti ilə xarici tərəfdaşlarımız arasında münasibətlər keyfiyyətcə yaxşılaşacaq, bu, əlbəttə ki, çox vacibdir, çünki iqtisadiyyat buna ehtiyac duyur”, - Kobaxidze bildirib.


Gürcüstanın ABŞ, eləcə də Avropa İttifaqı ilə münasibətləri may ayında ölkə parlamenti tərəfindən xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib. ABŞ Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, qəbul edilən qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edəcək.

ABŞ Dövlət Departamenti yüksək vəzifəli məmurlar, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər də daxil olmaqla 60-dan çox Gürcüstan vətəndaşına viza məhdudiyyətləri tətbiq edib.


SON XƏBƏRLƏR