• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ABŞ Nikolas Maduronun təyyarisini ƏLƏ KEÇİRDİ

DÜNYA

03 Sentyabr 2024 | 10:57 | Müəllif: Əli Hüseynov

ABŞ Nikolas Maduronun təyyarisini ƏLƏ KEÇİRDİ

ABŞ Venesuela prezidenti Maduronun təyyarəsini ələ keçirib.

Bakıvaxtı.az bu barədə Venesuela mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun istifadə etdiyi təyyarəni sanksiyaları pozması səbəbilə Dominikan Respublikasında ələ keçirdiklərini açıqlayıb.

Maduronun prezident təyyarəsi kimi istifadə etdiyi təyyarənin Dominikan Respublikasında ələ keçirilməsinin ABŞ və Venesuela arasında seçkilərdən sonra gərginləşən münasibətlərə yeni bir gərginlik qatacağı gözlənilir.

Qeyd edək ki, İyulun 29-da Venesdüuelada açıqlanan nəticələrə görə, Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəldiyi açıqlanıb. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.

ABŞ administrasiyası isə seçkilərin nəticələrinin şəffaf şəkildə elan edilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026