• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

AFFA finalçıları cəzalandırdı

İDMAN

17 May 2021 | 16:12

AFFA finalçıları cəzalandırdı

AFFA İntizam Komitəsi mayın 24-də Azərbaycan Kubokunun finalında qarşılaşacaq iki klubu – “Keşlə” və “Sumqayıt”ı cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Premyer Liqanın XXVI turunun “Keşlə” – “Sumqayıt” oyununda hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən də Bakı və Sumqayıt klubları 800 manat cərimə olunub.

“Sumqayıt” futbolçuları XXVII turun “Neftçi” ilə oyununda da intizamsız çıxış ediblər. Bu matçda da dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub daha 800 manat cərimə olunub.

Həmçinin İntizam Komitəsi aprelin 27-də “Neftçi”nin baş məşqçisi Samir Abbasovla bağlı qəbul etdiyi qərara AFFA Apellyasiya Arbitraj Tribunalının istəyi ilə yenidən baxıb, 27.04.2021-ci ildə 31 nömrəli protokolda qəbul edilən qərar öz qüvvəsində saxlanılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR