• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Azərbaycan xalqının dəstəyini hiss edirik” - Şenol Günəş

İDMAN

15 Iyun 2021 | 20:51

“Azərbaycan xalqının dəstəyini hiss edirik” - Şenol Günəş

“Azərbaycan xalqına bizi isti qarşıladığına görə təşəkkür edirik. Burada öz evimizdəki kimiyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

İtaliya ilə qarşılaşdıqları ilk matçı uğursuz adlandıran mütəxəssis sabah qələbə qazanacaqlarına ümid edir:

"Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR