• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Robben karyerasını başa vurdu

İDMAN

15 Iyul 2021 | 18:53

Robben karyerasını başa vurdu

“Çelsi”, “Real”, “Bayern” və Niderland millisinin keçmiş yarımmüdafiəçisi Aryen Robben 37 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançı özü “Instagram” hesabında yazıb.

“Əziz futbol dostlarım, aktiv futbol karyeramı başa çatdırmaq qərarına gəldim. Çox çətin seçimdir. Hər kəsə ürəkdən dəstəyinə görə təşəkkür edirəm”, - deyə o bildirib.

Xatırladaq ki, futbolçu buna qədər 2019-cu ildə karyerasını bitirdiyini açıqlamışdı. Lakin 2020-ci ildə yenidən meydana qayıdan futbolçu “Qroningen” klubu ilə müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026