• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağ Ev İstanbul terrorunu PİSLƏDİ

DÜNYA

14 Noyabr 2022 | 00:36

Ağ Ev İstanbul terrorunu PİSLƏDİ

ABŞ Türkiyənin İstanbul şəhərində baş verən zorakılıq aktını qətiyyətlə pisləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Tvitter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.

“Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026