• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ukrayna üçün 1 milyard toplandı

DÜNYA

13 Dekabr 2022 | 21:02 | Müəllif: Subhan Mahmudov

Ukrayna üçün 1 milyard toplandı

Parisdə Ukraynaya yardım göstərilməsinə həsr olunmuş konfrans iştirakçıları tədbirdən sonra təxminən 1 milyard avro toplayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna çərşənbə axşamı brifinqdə bildirib.

"Konfrans Ukrayna əhalisinin qışdan çıxmasına kömək etmək üçün təxminən 1 milyard avro toplanmasına yardım etdi. Bu məbləğin, o cümlədən, 415 milyon avrosu enerji sektoruna, 25 milyon avrosu su təchizatına, 38 milyon avrosu isə ərzaq təminatına yönəldiləcək”, - deyə nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026