Amerikanın Ukraynaya yardımı “dalana dirənib”.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, Amerika mövcud ehtiyatlarından maliyyələşən sonuncu yardım paketini göndərib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru deyib ki, bundan sonra nə baş verəcəyi tamamilə Konqresdən asılıdır.
Qeyd edək ki,bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken ABŞ-nin Ukraynaya bu il sonuncu olacaq 250 milyon dollarlıq hərbi yardım paketi ayırdığını bildirib.
Günəş Mərd


jpg-1705307399.jpg)













