Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə rəsmi səfər edəcək.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu gün Qahirəyə gedəcək.
Məlumata görə, Türkiyə prezidentinin misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşündə ikitərəfli əlaqələr, həmçinin İsrailin Fələstinə hücumları və regional məsələlər müzakirə olunacaq.
Görüşdə İsrail-Fələstin arasında daimi atəşkəs səyləri də müzakirə olunacaq. Qeyd olunur ki, həm Türkiyə, həm də Misir münaqişəyə son qoymaq üçün diplomatik səylərini davam etdirir. Bununla bağlı atılacaq addımlar da Ərdoğanın Misirə səfəri zamanı dəyərləndiriləcək.
Nərgiz Məmmədli
















