• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şolts Zelenskini əmin etdi: Hərbi dəstək...

DÜNYA

14 Mart 2024 | 21:28 | Müəllif: Subhan Mahmudov

Şolts Zelenskini əmin etdi: Hərbi dəstək...

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Heberştayt deyib.

Onun sözlərinə görə, O.Şolts ilə söhbətində Zelenski Rusiyanın son hücumlarının nəticələrindən danışıb və Almaniya federal hökumətinə hərbi dəstəyə, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirdiyinə görə təşəkkür edib.

Öz növbəsində kansler Almaniyanın Ukrayna ilə sarsılmaz həmrəyliyini təsdiqləyib və əmin edib ki, Berlin Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada Kiyevi hərbi sahədə dəstəkləməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026