• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Antalyada kanat qəzası - 1 ölü, 10 yaralı - YENİLƏNİB

DÜNYA

13 Aprel 2024 | 19:50

Antalyada kanat qəzası - 1 ölü, 10 yaralı - YENİLƏNİB

Türkiyə xilasediciləri Antalyada kanat yolunda qəza zamanı ilişib qalanların hamısını təxliyə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Yerlikaya xilasetmə əməliyyatının tamamlandığını vurğulayıb.

Eyni zamanda, ədliyyə naziri Yılmaz Tunç hadisənin araşdırılması çərçivəsində 13 şübhəlinin saxlanıldığını bildirib. Bunların arasında kanatın istismarına cavabdeh olan şirkətin işçiləri də var.

 

11:29

Türkiyənin Antalya şəhərində Tünektəpə kanat xəttində qəza baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb. 

Parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir.

Qəzadan sonra kanat xəttinin dayanması səbəbindən çox sayda insan kabinələrdə köməksiz qalıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024