• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vətəndaşların avtomobilləri müsadirə olunacaq

DÜNYA

13 May 2024 | 16:57

Vətəndaşların avtomobilləri müsadirə olunacaq

Mayın 18-dən Ukrayna ordusunun xeyrinə vətəndaşlardan nəqliyyat vasitələri müsadirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Dmitri Lazutkin bildirib.

Onun sözlərinə görə, Ukrayna sakinlərindən hərbi qulluqçuların ehtiyaclarına uyğun avtomobillər müsadirə olunacaq.

Belə ki, bunlara yük maşınları, xüsusi texnika və su nəqliyyatı vasitələri daxildir.

Lazutkin onu da bildirib ki, iki və ya daha çox avtomobilin sahibləri avtomobillərin müsadirəsi ilə üzləşəcəklər.

Lakin əsas gəlir mənbəyi avtomobil sürmək olan şəxslər proqrama daxil edilməyəcək. Eyni şey birinci və ikinci qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də aiddir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026