• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ankarada meşələrə giriş qadağan olunub

DÜNYA

12 Iyun 2024 | 15:59 | Müəllif: Gülşən Şərif

Ankarada meşələrə giriş qadağan olunub

Ankarada iyunun 15-dən sentyabrın 30-dək meşə ərazilərinə giriş qadağan edilib.

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, ölkə daxilində meşə yanğınları riskinin yüksək olması fonunda bir sıra qabaqlayıcı tədbirlər görülüb.

Meşə yanğınları ilə mübarizə çərçivəsində sentyabrın 30-dək milli parklar və istirahət zonaları istisna olmaqla, meşələrə giriş qadağan edilib. Meşələrə işçilərdən başqa vətəndaşların girişinə və çıxışına icazə yoxdur.

Qərara əsasən, Ankara Təbiəti Mühafizə və Milli Parklar Region Müdirliyi və səlahiyyətli dövlət məmurları tərəfindən sahibsiz heyvanların bəslənməsi üçün təyin edilmiş ərazilər istisna olmaqla, Ankaranın əyalət sərhədləri daxilində bütün meşə sahələrinə daxil olmaq qadağandır. Sentyabr ayına qədər meşə sahələrində düşərgə salınmasına və çadır qurulmasına icazə verilməyəcək. 

Bundan başqa, milli parklar və istirahət zonalarına səlahiyyətli idarələr tərəfindən nəzarət ediləcək. Bu ərazilərdə ocaq, manqal, samovar yandırmaq və piknik keçirmək qadağandır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026