Estoniyanın baş naziri Kaja Kallas bazar ertəsi ölkə prezidenti Alar Karisə ərizə təqdim edərək istefa verə bilər.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Kallasın istefası Avropa Şurasının onu Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə namizəd kimi seçməsi ilə bağlıdır.
Bildirilib ki, prezidentin hökuməti qurmaq üçün baş nazir postuna növbəti namizədi nə vaxt dəvət edəcəyi hələ məlum deyil.
Qeyd olunub ki, əvvəlcə Alar Karis parlamentdəki partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparacaq.
Mina Mikayılova
















