• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin xüsusi nümayəndəsi Azərbaycana işgüzar səfər edəcək

DÜNYA

12 Iyul 2024 | 13:25

Putinin xüsusi nümayəndəsi Azərbaycana işgüzar səfər edəcək

Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycana işgüzar səfərə gələcək.

Bakıvaxtı.az bu barədə Boris Titovun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, o, iyulun 12-dən 15-dək ölkədə olacaq.

Səfər proqramına B.Titovla Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş daxildir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026