"Rusiya ABŞ-da keçirilən NATO liderlərinin sammitini düşmənçilik və gərginlik istehsalı mərkəzi kimi qiymətləndirir".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, NATO-nun son Vaşinqton sammiti Rusiyanın düşmən elan edildiyini bir daha sübut edib. Xüsusilə, yekun bəyannamədə Ukraynanın nə vaxtsa alyansa üzv olacağının yazılması Rusiya üçün qəbuledilməzdir:
"NATO-nun qarşısını almaq üçün Rusiya əks tədbirlər görməlidir".
Qeyd edək ki, NATO-nun 75-ci Zirvə toplantısında Ukraynaya 43 milyard dollarlıq yeni hərbi yardımın göstərilməsi, Ukrayna səmasında daha möhkəm raket sipərinin yaradılması, F-16 döyüş təyyarələrinin daşınmasına başlanması, yeni uzunmüddətli hərbi təyyarələrin çatdırılması qərarları qəbul edilib.
Gülşən Şərif
















