ABŞ-nin Rusiyaya çip satışına qarşı sanksiyaları genişləndirəcəyi gözlənilir.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ hökumətinə yaxın mənbələr məlumat verib.
Məlumatda ABŞ-nin Rusiyaya çip və digər malların satışı ilə bağlı daha geniş sanksiyalar tətbiq edəcəyi və bu sanksiyaların Çindəki üçüncü tərəf satıcılarını hədəf alacağı iddia edilib.
Bildirilib ki, Bayden administrasiyası mövcud ixrac nəzarətində təkcə ABŞ-də istehsal olunan malları deyil, həm də ABŞ markalı malları əhatə edəcək şəkildə genişləndirməyi düşünür. Buna görə də Moskvaya mal göndərən bəzi Çin təşkilatları da sanksiyalar siyahısına salınacaq.
Ağ Evin sözçüsü Con Kirbi Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti elan edəcəyini təsdiqləyib.
Gülşən Şərif






jpg-1720776131.webp)






