Portuqaliya Ukraynaya yardım məqsədilə 95 milyon avro ayıracaq.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Luis Monteneqro məlumat yayıb.
Bildirib ki, Portuqaliya Ukraynanı dəstəkləyir. Açıqlamada bu il ərzində 95 milyon avro əlavə yardım paketinin nəzərdə tutulduğu bildirilib
Xatırladaq ki, bundan öncə Portuqaliya Ukraynaya 126 milyon avro hərbi yardım edib.
Əli Hüseynov
















