• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Putin və Lukaşenko arasında telefon danışığı olub

DÜNYA

12 Iyun 2024 | 13:45

Putin və Lukaşenko arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin “Teleqram” kanalında məlumat verilib.

Məlumata görə, Belarus rəhbəri Putini Rusiya Günü münasibətilə təbrik edib.

Bundan əlavə, prezidentlər mayın 24-də Minskdə keçirilən danışıqlarda əldə olunmuş razılaşmalar nəzərə alınmaqla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi barədə danışıblar .

“İttifaq dövləti çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi praktiki aspektlərinə də toxunulub”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR