• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlon Maskdan "Apple" qadağası: Şirkətdə istifadə olunmayacaq

DÜNYA

12 Iyun 2024 | 15:03 | Müəllif: Gülşən Şərif

İlon Maskdan "Apple" qadağası: Şirkətdə istifadə olunmayacaq

"Apple" şirkəti "ChatGPT"ni "Siri"yə inteqrasiya etdikdən sonra iş adamı İlon Mask şirkət əməkdaşlarına qadağa tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı amerikalı iş adamı və milyarder İlon Mask "X" sosial media hesabında paylaşım edib.

"Apple" şirkətinin "ChatGPT"nin inkişaf etdiricisi "OpenAI" ilə əməkdaşlığını qiymətləndirən Maskın sözlərinə görə, "Apple"in öz süni intellektini istehsal edəcək qədər ağıllı olmaması gülüncdür:

""OpenAI"nin əməliyyat sistemi səviyyəsində inteqrasiya baş verərsə, şirkətimizdə "Apple" cihazlarının istifadə olunması qadağan olunacaq. Çünki inteqrasiya qəbuledilməz bir təhlükəsizlik pozuntusudur. Şirkətə gələnlərin "Apple" cihazları qapıda təhvil veriləcək və cihazlar Faraday qəfəsində saxlanacaq".

Qeyd edək ki, İlon Mask və "OpenAI" arasındakı münaqişələr uzun müddətdir davam edir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026