• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğandan Miçotakisə: Kipr probleminin həlli vacibdir

DÜNYA

13 May 2024 | 19:40 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan Miçotakisə: Kipr probleminin həlli vacibdir

“Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı deyib.

“Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək”, - Ərdoğan bildirib.

O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib.

K.Mitsotakis isə öz növbəsində söyləyib ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: “Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026