• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belarus bəyan etdi: Nüvə silahından istifadayə hazırıq

DÜNYA

12 Iyun 2024 | 17:17

Belarus bəyan etdi: Nüvə silahından istifadayə hazırıq

Belarus nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko bildirib.

Məlumata görə, Rusiya Federasiyası ilə qeyri-strateji nüvə qüvvələrinin birgə təlimləri Belarus Silahlı Qüvvələrinin xüsusi nüvə silahından istifadə etməyə hazır olduğunu göstərib.

Baş Qərargah rəisi həmçinin qeyd edib ki, belə təlimlər hazırlığı və potensialı artırmaq yollarından biridir.

O, dəqiqləşdirib ki, təlimlər çərçivəsində “İsgəndər” operativ-taktiki raket kompleksləri təyin olunmuş ərazilərə keçib, xüsusi döyüş sursatı alıb, onları döyüş bölmələri ilə birləşdirib və döyüş növbətçiliyinə keçib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026