• Bakı 28° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Yaponiyada 22 min nəfərə təxliyə xəbərdarlığı edilib

DÜNYA

12 Iyul 2024 | 16:30

Yaponiyada 22 min nəfərə təxliyə xəbərdarlığı edilib

Yaponiyada leysan yağışlar səbəbindən baş verən sürüşmədən sonra 22 min insana təxliyə xəbərdarlığı olunub.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, Matsuyama şəhərində yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Nəticədə eni 50 metr, hündürlüyü 100 metr olan yamacın altında yerləşən bir çox tikili  torpağın altında qalıb. Hadisə nəticəsində 3 nəfər itkin düşüb. 

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Hava şəraiti ilə əlaqədar Matsuyama şəhərində yaşayan 22 062 nəfərə təxliyə xəbərdarlığı edilib. Matsuya Universitetində dərslərin 1 günlük dayandırıldığı açıqlanıb.

Səlahiyyətlilər riskli ərazilərdə yaşayan sakinləri daşqınlara və sürüşmələrə hazır olmağa çağırıb, binaların yuxarı mərtəbələrinə və hündürlüklərə çıxmamaq barədə xəbərdarlıq edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Avqust 2024