Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Məlumata görə, İsrailin Qəzzaya qarşı hücumları zamanı müharibə başlayandan bəri həlak olanların sayı 37 202 nəfərə, yaralıların sayı isə 84 932 nəfərə çatıb.
Dağıdılan binaların dağıntıları altında hələ də minlərlə insan itkin düşdüyündən həlak olanların faktiki sayının daha çox olduğu güman edilir.
Mina Mikayılova












