Ermənistan hakimiyyəti İrəvanda küçə etirazları zamanı saxlanılanların hamısını azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .
Məlumata görə, “Vətən naminə Tavuş” müxalifət hərəkatının çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlayan 156 vətəndaşın hamısı sərbəst buraxılıb.
Həmin şəxslərin gün ərzində polisin qanuni tələblərinə tabe olmadıqları üçün polis bölmələrinə aparıldığı qeyd edilir.
Mina Mikayılova
















