Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.
Hökumət başçısı Kopenhagen Demokratiya Sammitində iştirak edəcək, “Cəbhədən: Ermənistanın demokratiyasını müdafiə etmək” müzakirəsinə qatılacaq.
Kopenhagendə Paşinyanın danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Gade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqları planlaşdırılıb.
















