• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Putin dezinformasiya ilə bağlı qanun imzaladı

 

DÜNYA

14 Fevral 2024 | 10:55

Putin dezinformasiya ilə bağlı qanun imzaladı

Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Qeyd edək ki, qanun layihəsi bu ayın 8-də imzalanması üçün Vladimir Putinə təqdim edilib.

    Qanuna əsasən, bu cəza Rusiya ordusu haqda və dövlət orqanlarının səlahiyyətlərini həyata keçirməsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına, bununla yanaşı, dövlət təhlükəsizliyinə qarşı yönələn fəaliyyətə ictimai çağırışlara görə təyin edilə bilər.

    Xatırladaq ki, Dövlət Duması həmin qanunu bu ilin 31 yanvar tarixində qəbul edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR