Meksikanın Miçoakan əyalətində çuxurda aparılan qazıntılar nəticəsində çox sayda insan sümüklər aşkar edilib.
Bakıvaxtı.az "Columna Digital"a istinadən xəbər verir ki, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə qazıntı işləri aparılıb.
Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb. Sümüklər şəxsiyyətin müəyyənləşdirilməsi üçün Ədliyyə Tibb Mərkəzinə aparılıb.
Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.
















