• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdama dolu düşdü

CƏMİYYƏT

18 Iyun 2023 | 19:37 | Müəllif: Subhan Mahmudov

Ağdama dolu düşdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-nə olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, saat 15:13-də Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10-da Ağdam rayonu Çəmənli və Sarıcalı kəndlərinin ərazisinə diametri 30-35 millimetr olan dolu düşüb.

Qərb küləyi əsib, Goranboyda sürəti 25, Gəncədə 24, Daşkəsəndə 23, İsmayıllıda 22, Göyçayda 20, Şəmkirdə 18, Göygöldə 16 metrədək güclənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026