Böyük izləyici kütləsi olan "Ağır Həyatlar" verilişinə qatılan Destinee Lashaee dünyasını dəyişib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildə 330 kiloqram çəkisi olan Lashaee həyatını davam etdirmək üçün Conatan Nowzaradandan kömək istəyib.
Destininin dostu Ueyn Kompton onun ölümünü təsdiqləyib.
"Bağışla, səni olduğun kimi qəbul edirəm, səninlə gələn hər cür qüsuru qəbul edirəm. Seçiminin olmadığını hiss etdiyin üçün üzr istəyirəm", - Kompton dostunun intihar etdiyinə eyham edərək yazıb.
Aytac Aslan
















