• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

48 yaşlı kişi su quyusuna düşərək ölüb

HADİSƏ

11 Mart 2022 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

48 yaşlı kişi su quyusuna düşərək ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Ərtəpə kəndində dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1974-cü il təvəllüdlü Əliyev Arif Oruc oğlunun meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR