• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsmayıllıda uçqun - Yollar bağlanıb (VİDEO)

HADİSƏ

09 Aprel 2022 | 13:48 | Müəllif: Subhan Mahmudov

İsmayıllıda uçqun - Yollar bağlanıb (VİDEO)

İsmayıllıda dağda uçqun olub, yollar bağlanıb.

Bakıvaxtı.az xəzər tv-yə istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib.

Qayalıqlardan sürüşüb düşən daş parçaları yolun bir müddətlik bağlanmasına səbəb olub.

Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəliş dayanıb, sürücülər yolun açılmasını gözləyib.

Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, artıq yolda hərəkət tam bərpa edilib, hər hansı problem yoxdur.

"Hazırda ərazidə güclü külək müşahidə olunur. Xırda daşların yola tökülə biləcəyini nəzərə alaraq ərazi Agentliyin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır'',- deyə qurumdan əlavə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026