İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.
Bakıvaxtı.az xəbər verir ki, AAYDA-dan verilən məlumata görə, avtomobil yolunda yolun hərəkət hissəsinə tökülən qaya parçaları əraziyə texnika və qüvvə cəlb edilərək təmizlənib.
*** 12:05
Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı gözlənilir", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.
Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
















