• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstanda azərbaycanlı gəncin meyiti TAPILDI

HADİSƏ

07 Iyun 2022 | 18:46 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda azərbaycanlı gəncin meyiti TAPILDI

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir

Gürcüstanın Marneuli rayonunda ötən gecə küçədə 21 yaşlı Qəhrəman Muradovun meyiti aşkarlanıb.

Bakıvaxtı.az report-a istinadən bildirir ki, bu barədə yerli "Pirveli" telekanalı məlumat yayıb.

Bildirilib ki, gəncin yaxınları onun qətlə yetirildiyini iddia edirlər.

Q.Muradovu sonuncu dəfə görən babası bildirib ki, nəvəsi gecə saat üç radələrində telefon zəngindən sonra evdən çıxıb və bundan sonra gənclə əlaqə itib.

İkin ehtimallara əsasən, Q.Muradov özünü körpüdən ataraq intihar edib. Bu versiyanı qəbul etməyən babası nəvəsinin öldürüldüyünü iddia edib.

Faktla bağlı özünü ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026